» » Cavid Hüseynov apellyasiya şikayəti verdi

Cavid Hüseynov apellyasiya şikayəti verdi

Cavid Hüseynov apellyasiya şikayəti verdi

Vəkili futbolçuya bəraət istəyir
Jurnalist Rasim Əliyevin öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Vəkili Adəm Məmmədovun bildirdiyinə görə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətdə C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Cinayəti qabaqcadan bilərək gizlətməkdə təqsirli bilinən Cavid Hüseynov Səbail Rayon Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işilə əlaqədar altı nəfər həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. (bizimyol.info)