» » Azərbaycan su altda qala bilər TƏHLÜKƏ

Azərbaycan su altda qala bilər TƏHLÜKƏ

Azərbaycan su altda qala bilər TƏHLÜKƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, departament tərəfindən əvvəlcədən də xəbər verildiyi kimi, iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56, Lənkəran-Astara zonasında 1-22, Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.
İyunun 09-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri 18 mm olan dolu düşüb.

Ötən gün ölkədə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-12, Kiçik Qafqazın çaylarında 10-20, Lənkəran-Astara bölgəsi çaylarında 25-35 sm intervalında artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80 sm, Kiçik Qafqazın çaylarında 100-170 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-120 sm faizini təşkil edir.

İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 410 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 367 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.

İyunun 10-da yağan leysan xarakterli yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 89 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 284 m3/s olmaqla, ongünlük normanın 145 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 188 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

İyunun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Salyanda 3, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2015-ci il iyunun 10-da 332 sm), Salyanda 127 sm (2015-ci il iyunun 10-da 90 sm), Bankədə 197 sm (2015-ci il iyunun 10-da 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2015-ci il iyunun 10-da 30 sm) təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.