» » Abxaziya Rusiyaya qoşulmaqdan imtina etdi

Abxaziya Rusiyaya qoşulmaqdan imtina etdi

Abxaziya Rusiyaya qoşulmaqdan imtina etdi

“Ona görə də birləşmək istəyi var”.

Separatçı Abxaziyanın “baş naziri” Artur Mikvabiya bəyan edib ki, respublika Rusiyaya birləşməyə dair referendum keçirmək niyyətində deyil. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Separatçı hökumətin başçısının sözlərinə görə, Suxum 2017-ci ildə müvafiq referendumun keçirilməsini nəzərdə tutan Cənubi Osetiyadan nümunə götürməyəcək. 

“Osetinlər bölünmüş xalqdır, bir hissəsi Rusiyada, bir hissəsi isə Cənubi Osetiyada yaşayır. Ona görə də birləşmək istəyi var”, - Mikvabiya izah edib. 

“Baş nazir” qeyd edib ki, Abxaziyanın vəziyyəti fərqlidir. 

“Biz müstəqil dövlət olmaq istəyirik və bununla yanaşı, böyük Rusiyanın etibarlı və sədaqətli müttəfiqi olmaq istəyirik”, - o deyib.