» » Bakı-Sumqayıt qatarının şüşələrini sındıran uşaqlar saxlanıldı

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran uşaqlar saxlanıldı

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran uşaqlar saxlanıldı

Bakı-Sumqayıt elektrik qatarının şüşələri yenə sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb. Onların izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.