» » Çimərlikdə TÜKÜRPƏDİCİ OLAY - Çətir qadının ölümünə səbəb oldu

Çimərlikdə TÜKÜRPƏDİCİ OLAY - Çətir qadının ölümünə səbəb oldu

Çimərlikdə TÜKÜRPƏDİCİ OLAY - Çətir qadının ölümünə səbəb oldu

ABŞ-ın Virciniya ştatının Virciniya Beach kəndində güclü külək çimərlik çətirini 55 yaşlı qadının sinəsinə sancıb.

Ucarliyiq.biz anspress-ə istinadən bildirir ki, ağlagəlməz hadisə nəticəsində Lotti Maykl Belk adlı qadın dünyasını dəyişib.

Hadisə yerinə gələn polis ilkin tibbi yardımdan sonra qadını yaxınlıqdakı xəstəxanaya çatdırsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, çimərlik çətiri bir müddət güclü küləyin təsiri ilə havaya qalxdıqdan sonra qadının sinəsinə sancılıb. Hadisəni araşdıran polis heç bir cinayət izi aşkar etməyib.