» » İçki təklif edən ofisiant qız döyüldü

İçki təklif edən ofisiant qız döyüldü

İçki təklif edən ofisiant qız döyüldü

Avro-2016 start götürməmiş Fransada növbəti insident yaşanıb.

Ucarliyiq.biz apasport.az-a istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Nitsa şəhərində tunisli miqrantların ofisiant qızı döyməsi buraya gələcək fanatları təşvişə salıb.

Qalmaqalın yaşanmasına səbəb həmin xanımın müsəlmanların əsas aylarından biri - ramazanda onlara alkoqollu içki təklif etməsi olub. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Məlum olub ki, 30 yaşlı ofisiant qızın özü də Tunis əsillidir və müştərilərdən biri ona ərəbcə irad tutaraq, içki paylamasının düzgün olmadığını deyib. Bundan sonra qızı təhqir edib, fahişə adlandıran tunislilər onu döyməkdən də çəkinməyiblər. Bütün bu anlar kafenin kamerasına həkk olunub. Kafe sahibi görüntünü polisə ötürüb və məsələnin qısa zamanda həlli istiqamətində işə başlanıb.

Qeyd edək ki, bu hadisənin Nitsaya gələcək futbol fanatlarının sayının azalması ilə nəticələnəcəyi gözlənilir.