» » Moskvada Ukrayna səfirliyi yumurta atəşinə tutuldu

Moskvada Ukrayna səfirliyi yumurta atəşinə tutuldu

Moskvada Ukrayna səfirliyi yumurta atəşinə tutuldu

“Bina mühafizəçiləri təmkinli davranıblar”.

İyunun 11-nə keçən gecə 100-ə yaxın gəncdən ibarət qrup Ukraynanın Moskvadakı səfirliyinin binasının qarşısına gəlib. 

Ucarliyiq.biz xəbər verir ki, onlar binanın ərazisinə “yad cisimlər” və yumurta atmağa başlayıblar, daha sonra heç bir maneə ilə qarşılaşmadan ərazidən uzaqlaşıblar. 

Hüquq-mühafizə orqanlarında bildiriblər ki, aksiya zamanı güc tətbiq edildiyi münaqişəli vəziyyət yaranmayıb, polis heç kimi saxlamayıb. O əlavə edib ki, nə xüsusi təyinatlılar, nə də Rusya qvardiyası hadisə yerinə gəlməyib.  

“Hər şey ani, bir neçə dəqiqə ərzində baş verib. Bina mühafizəçiləri təmkinli davranıblar. Baş verənlərlə əlaqədar polisə müraciət edilməyib”, - mənbə bildirib.

TASS agentliyinin müxbiri öz növbəsində Leontyev döngəsində 200-ə yaxın adam toplaşdığını bildirib. Onlar Ukrayna əleyhinə şüarlar səsələndirib, xarici dövlətin səfirliyinin ərazisinə fişənglər atıblar. 20 dəqiqə davam edən aksiyadan sonra heç kim saxlanılmayıb.