» » Obama Belarusa qarşı sanksiyaların müddətini uzatdı

Obama Belarusa qarşı sanksiyaların müddətini uzatdı

Obama Belarusa qarşı sanksiyaların müddətini uzatdı

“Bununla əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq lazımdır”.

ABŞ prezidenti Barak Obama Belarus hakimiyyətinə qarşı tətbiq edilən sanksiyaların müddətinin daha dörd il uzadılmasına dair müvafiq fərman imzalayıb. 

Ucarliyiq.biz Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə Konqressə bildiriş göndərilib. 

Sənəddə bəzi hökumət üzvlərinin fəaliyyətinin ABŞ-ın milli təhlükəsizliynə və xarici siyasətinə fövqəladə təhdid doğurduğu deyilir. 

“Bununla əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq lazımdır”, - Ağ Evin məlumatında deyilir.