» » Azərbaycanlı Penzada 16 nəfəri aldatdı

Azərbaycanlı Penzada 16 nəfəri aldatdı

Azərbaycanlı Penzada 16 nəfəri aldatdı

O, həmçinin vurulan zərəri ödəməyə məcburdur.

Rusiyanın Saratov şəhərində yaşayan əslən Azərbaycandan olan şəxs fırıldaqçı işədüzəltmə sxeminə görə mühakimə edilib. 

Ucarliyiq.biz Penza vilayət məhkəməsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Rövşən Qurbanov Penzaya 2014-cü ildə Saratovdan gəlib. 

Özünə təxəllüs düşünərək şəxsi “biznesini” qurub. 

Guya ki, Nijnevartovsk və Krasnoyarskda müxtəlif vakansiyalar üzrə insanların işə düzəlməsində yardım edəcək saxta “Renesans-Avto” MMC şirkəti yaradıb. 

“Şirkətin qanuni fəaliyyət göstərdiyini imitasiya etmək üçün isə o, möhür, mühasibatlıq sənədlərinin blanklarını, əmək müqavilələri, mebel alır, icarəyə məkan və işə katibə, sürücü və menecer götürür.

Bununla yanaşı o, internetdə növbəli əsasda iş haqqında elan verir, elanda isə əmək haqqı, xüsusi geyimin verilməsi, qidalanma və yaşayış yeri ilə təmin edilmə barədə yalan məlumat yerləşdirir”, - Penza vilayət məhkəməsinin mətbuat xidməti bildirib. 

Qurbanovun yanına vakansiya olan işlər üçün namizədlər gələndə o, həmin şəxslərdən bilet üçün pul alaraq, iş yerinə çatdıqda bu pulu qaytaracağını vəd edir. 

Şimala yola düşmək üçün təyin edilən gün gəlib çatdıqda isə insanlar Qurbanovun ofisinin bağlı olduğunu görürlər. Şirkətin sahibi özü Saratova gedib, əməkdaşları isə daha işə gəlməmələrinə dair xəbərdarlıq edib. 

2014-cü ilin oktyabr ayının 26-dan noyabr ayının 24-ə qədər dövr ərzində 16 nəfər Qurbanovun toruna düşüb, həmin şəxslərə ümumilikdə 287 800 rubl ziyan dəyib. 

Bununla yanaşı o, kirayə qaldığı mənzildən televizor, set-top qutusu və ofis routeri oğurlayıb. 

Rövşən Qurbanovun fəaliyyətini məhkəmə iri məbləğdə fırıldaqçılıq kimi qiymətləndirib və onu 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək. 

O, həmçinin vurulan zərəri ödəməyə məcburdur.