» » Tom Kruz ilə film çəkilişində iki nəfər həlak oldu

Tom Kruz ilə film çəkilişində iki nəfər həlak oldu

Tom Kruz ilə film çəkilişində iki nəfər həlak oldu

Piper PA-60 təyyarəsi qəzaya uğrayıb.

Kolumbiyanın şimali-qərbində Antiyoka departamentində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb, bu barədə El Heraldo nəşri yazıb.

Qəzada Duqlas Laymanın baş rolda Tom Kruzun çəkildiyi “Mena” filminin çəkiliş qrupunun iki üzvü həlak olub.

Filmdə keçmiş pilot rolunu oynayan aktyorun özü təyyarədə olmayıb.

İlkin məlumata görə, qəzaya uğrayan Piper PA-60 təyyarəsində iki amerikalı pilot və Kolumbiya vətəndaşı olub.