» » Deputatdan AÇIQLAMA: Şəhid ailəsinin krediti silinməyib...

Deputatdan AÇIQLAMA: Şəhid ailəsinin krediti silinməyib...

Deputatdan AÇIQLAMA: Şəhid ailəsinin krediti silinməyib...

Bu gün səhifəmdə Mingəçevirdən olan şəhid Adil Adilzadənən atasının kredit borcunun həll ediləməsi barədə məlumat yazdım. Bildirirəm ki, kredit borcu silinməyib, problem həll edilib.

Bu barədə millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, bu məsələ artıq şəhid ailəsini narahat etməyəcək.
"Təəssüf edirəm ki, bu məsələdən istifadə edib məmurların və dövlət orqanların ünvanına xeyli əsasız ittihamlar səsləndi. Bildirirəm ki, şəhid ailəsi krediti özəl kredit təşkilatından götürüb və onun dövlətə və dövlət qulluğunda çalışan məmurlara aidiyyatı yoxdur. Problemin həll edilməsində ən çox səy göstərənlər isə məhz həmin özəl təşkilatın rəhbərliyi oldu. Ümumilikdə isə məsələ hər bir kəsin şəhid ailələri ilə bağlı məsələlərə biganə qalmadığını və onların həllinə öz yardımını göstərmək istədiyini ortaya qoydu", - deputat əlavə edib. (baku.ws)