» » Azyaşlı qızı vurub öldürdü

Azyaşlı qızı vurub öldürdü

Azyaşlı qızı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 10-da saat 17 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Yusif Bayramov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən qəsəbə sakini azyaşlı Məryəm Novruzovanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.(qafqazinfo.az)