» » Növbəti terror aktı: 9 ölü, 16 yaralı

Növbəti terror aktı: 9 ölü, 16 yaralı

Növbəti terror aktı: 9 ölü, 16 yaralı

Bu gün Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubundakı Seyid Zeynəb rayonunda iki terror aktı baş verib.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, terror aktları nəticəsində ən azı 9 nəfər həlak olub, 16 nəfər xəsarət alıb.

Partlayışlardan birini terrorçu-kamikadze şəhərin girişində törədib, ikinci hadisə zamanı minalanmış avtomobil partladılıb.

Terror aktına görə, məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.