» » Batumidə “Əli və Nino” heykəli açıldı – FOTO

Batumidə “Əli və Nino” heykəli açıldı – FOTO

Batumidə “Əli və Nino” heykəli açıldı – FOTO

“Əsərin bu qədər pərəstişkarı olduğunu öyrənmək xoş idi”.

Batumidə “Əli və Nino” abidəsi açıldı. Abidənin yeri dəyişdirilərkən zədələnən Nino heykəli tamamən bərpa edilib.

ucarliyiq.biz “Qruziya onlayn”a istinadən xəbər verir ki, abidə əvvəlki yerindən 50 metr aralıdakı ərazidə “Çərxi fələyin” yanında yerləşdirilib.

Açılış mərasimində abidənin müəllifi xaricdə işləyən heykəltəraş Tamar Kvesitadze iştirak edib. O, abidənin yeri dəyişdirilərkən yaranan problemlərə diqqət yetirib və pərəstişkarların şərhlərinin onun üçün xoş olduğunu qeyd edib:

“Mən abidənin yerdəyişməsinin başa çatmasına çox sevinirəm, buna şübhəm də yox idi. Əsərin bu qədər sevildiyini bilmək xoş idi. Yerə gəldikdə isə düşünürəm ki, yer pis deyil, düşündürən yeganə şey – məncə bu, yalnız mənim fikrim deyil, abidənin “Çərxi fələk” ilə yanaşı olmasıdır, yəni abidənin attraksion olub-olmaması bir qədər aydın deyil. Lakin mən ümid edirəm ki, ya abidənin, ya da “Çərxi fələyin” yerini dəyişdirərlər”, - Tamar Kvesitadze bildirib.

Metal konstruksiyanın yeni yerə keçirilməsi üzrə reabilitasiya işləri bir aya yaxın aparılıb. Abidənin təməl lövhəsinin ətrafında şəffaf şüşə sədd çəkilib, postament tamamilə qranit lövhələrlə örtülüb, yaxınlıqda skamyalar yerləşdirilib. Hərəkət edən metal fiqurlar üçün sınaq mərhələsi uğurlu olub və bu gün heykəllər adi rejimdə işləməyə davam edir.

Tamar Kvesitadzenin əsərinin yerdəyişməsi üçün 185 550 lari məbləğində vəsait ayrılmışdı. İşləri tenderdə qalib gələn “Arnabi 21” şirkəti yerinə yetirirdi.

Batumidə “Əli və Nino” heykəli açıldı – FOTO

Batumidə “Əli və Nino” heykəli açıldı – FOTO