» » Bakıda dəhşət! Arvadı ilə barışmaq istəyən ər QAN TÖKDÜ

Bakıda dəhşət! Arvadı ilə barışmaq istəyən ər QAN TÖKDÜ

Bakıda dəhşət! Arvadı ilə barışmaq istəyən ər QAN TÖKDÜ

Bakıda kişi keçmiş qaynını güllələdi.

Ucarliyiq.biz ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə bu gecə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Maştağa sakini 1977-ci il təvəllüdlü Qəmbərov Elçin Söhbət oğlu içkili vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi, bina 12-nin qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı 1977-ci il təvəllüdlü Əliyev Cəmaləddin Ağamirzə oğlu arasında mübahisə düşüb.

Qaradağ rayonu Sahil qəsəbəsinin polis bölməsindən verilən məlumata görə, qayın keçmiş kürəkəninə içkili olduğunu deyib və evlərindən getməsini xahiş edib. Sözə qulaq asmayan Elçinlə Cəmaləddin arasında mübahisə böyüyüb, onlar binanın qarşısında dava ediblər. Bundan sonra Elçin özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb.

E.Qənbərov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib. Cəmaləddin Əliyev isə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.