» » Macarıstanın baş naziri qaçqınlara: Gəldiyiniz yerə qayıdın

Macarıstanın baş naziri qaçqınlara: Gəldiyiniz yerə qayıdın

Macarıstanın baş naziri qaçqınlara: Gəldiyiniz yerə qayıdın

“Orada onlar təhlükəsizlikdə idilər”.

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, qaçqınlar gəldikləri yerə qaytarılmalıdırlar.

ucarliyiq.biz “Qazeta”ya istinadən xəbər verir ki, bu barədə o, Bild-ə verdiyi müsahibəsində, Macarıstanın sərhədləri qaçqınlar üçün bağlanıldıqdan sonra onların hara gedəcəklərinə dair suala cavab verərkən bildirib.

“Gəldikləri yerə. Bu qaçqınlar birbaşa olaraq hərbi əməliyyatların aparıldığı rayonlardan deyil, Suriya ilə qonşu olan Livan, İordaniya, Türkiyədə yerləşən düşərgələrdən gəliblər. Onlar orada təhlükəsizlikdə idilər. Ona görə də bu insanlar təhlükədən qaçmayıblar

Bu insanlar Avropaya təhlükəsiz yer axtardıqları üçün deyil, düşərgələrdə olan həyatdan daha yaxşı həyat axtardıqları üçün gəlirlər”, - Orban bildirib.