» » Magistral yolda zəncirvari qəza: yaralılar var

Magistral yolda zəncirvari qəza: yaralılar var

Magistral yolda zəncirvari qəza: yaralılar var

Ələt-Astara magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, magistralın 137-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində "VAZ" markalı 3 avtomobil toqquşub. Nəticədə 68 və 26 yaşlı iki kişi və 60 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.