» » Fransada spirtli içkilərin satışına qadağa qoyulub

Fransada spirtli içkilərin satışına qadağa qoyulub

Fransada spirtli içkilərin satışına qadağa qoyulub

“Mərmi” kimi istifadə edilə bilən qabların istifadəsini də qadağan edə bilərlər.

İyunun 12-də Fransanın daxili işlər naziri Bernar Kaznöv “Avro-2016”nın oyun günlərində və matçlar ərəfəsində həssas ərazilərdə spirtli içkilərin satışının qadağan olunduğunu bəyan edib.

Ucarliyiq.biz AFR-ə istinadla xəbər verir ki, fransalı nazir bu addımı dünən Marseldə keçirilən Rusiya-İngiltərə matçından əvvəl və sonra baş verən hadisələrə görə atıb.

B.Kaznöv qeyd edib ki, oyun günlərində və ərəfəsində, həmçinin həssas ərazilərdə fan-zonaların açılışı günü spirtli içkilərin satışı, istifadəsi və daşınmasının qadağan edilməsi ilə bağlı prefektlərə göstəriş verib.

Prefektlər, eyni zamanda, terraslarda “mərmi” kimi istifadə edilə bilən qabların istifadəsini də qadağan edə bilərlər.