» » İsmayıllıda qızı sel apardı

İsmayıllıda qızı sel apardı

İsmayıllıda qızı sel apardı

İyunun 12-də İsmayıllı rayonunda baş vetmiş güclü sel bir nəfəri aparıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə rayonun İstisu kəndində baş verib. Çayqovuşan kənd sakini, 2004-cü il təvəllüdlü Sadıqova Sabinə Samir qızı İstisu kəndində leysan nəticəsində sel gələn su kanalına yıxılıb və sel onu aparıb. S.Sadıqova kənd sakinləri tərəfindən tapılaraq İsmayıllı rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının vəziyyəti normaldır.