» » Yerevanda Rusiya əleyhinə aksiya – FOTO

Yerevanda Rusiya əleyhinə aksiya – FOTO

Yerevanda Rusiya əleyhinə aksiya – FOTO

“Bu razılıq ilə gələcəyimiz Rusiyaya “səsizcə satılacaq”.

Bu gün Ermənistan Milli Məclisinin binası qarşısında Ermənistan-Rusiya birləşmiş hava müdafiəsi sisteminin yaradılmasının əleyhinə etiraz aksiyası keçirilir.  

Ucarliyiq.biz bu barədə Novosti-Armeniyaya istinadən xəbər verir ki, aksiyada onlarla insan iştirak edir.

Aksiya iştirakçıları əllərində “Nə torpaq, nə də havanı vermərik”, “Permyakovlar ordusuna inanmırıq, biz erməni ordusuna inanırıq”, “Daha bir xainlik addımı” yazılmış plakatlar tutublar.

Aksiya iştirakçılarından biri Tiqran Xzmalyan jurnalistlər ilə görüşdə qeyd edib ki, sazişin imzalanması Ermənistanın hədəfə çevrilməsi deməkdir. 

“Sazişin imzalanması səhvdir, xəyanətdir. Bu sazişi imzalamaqla biz yalnız Azərbaycan ilə deyil, bütün dünyaya müharibə elan edirik”, - Xzmalyan deyib. 

Qeyd edək ki, bu gün saat 12.00-da Ermənistan Milli Məclisində növbədənkənar sessiya başlayır. Sessiya zamanı hava əleyhinə müdafiə sazişi müzakirə ediləcək. 

Yerevanda Rusiya əleyhinə aksiya – FOTO

Yerevanda Rusiya əleyhinə aksiya – FOTO

Yerevanda Rusiya əleyhinə aksiya – FOTO

Yerevanda Rusiya əleyhinə aksiya – FOTO