» » Azərbaycanlı vəkilin müəmmalı ölümü: cinayət yoxsa intihar?

Azərbaycanlı vəkilin müəmmalı ölümü: cinayət yoxsa intihar?

Azərbaycanlı vəkilin müəmmalı ölümü: cinayət yoxsa intihar?

25 yaşlı vəkil İlyas Əliyevin asılmış meyidi Moskvanın Lefertovo rayonundakı kooperativ qarajda tapılıb.

Ucarliyiq.biz bildirir ki, onun bədəninə baxış keçirilərkən qarın nahiyəsində yara izi aşkarlanıb. Müstəntiqlər qətl və intihar versiyalarını araşdırırlar.

"Avtomobil trosundan asılmış meyidi görən şahidlər polisə çağırılıblar. Onun qarnında dəri kəsiklərinin izi olub", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Kriminalistlər isə deyiblər ki, İ.Əliyev canını meyit aşkarlanmamışdan üç saat əvvəl tapşırıbmış.

Rusiya İstintaq Komitəsinin Moskva İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova jurnalistlərə bildirib ki, vəkil İlyas Əliyev əvvəlcə bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Amma bıçaq zərbəsindən ölmədiyini görəndən sonra özünü asıb.

Məlumatda həmçinin bildirilir ki, vəkil İlyas Əliyev Dağıstan əsillidir.(virtualaz.org)