» » İki uşağı it dişlədi - Zaqatalada

İki uşağı it dişlədi - Zaqatalada

İki uşağı it dişlədi - Zaqatalada

Zaqatalada bir gündə ikisi azyaşlı olmaqla üç nəfəri it dişləyib.

Ucarliyiq.biz bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) apa-ya verilən məlumata görə, iyunun 12-də günün ikinci yarısından sonra ikisi azyaşlı olmaqla üç nəfər Dağlı kənd sakini, Aşağı Tala kənd sakini Tural Oruc oğlu Məmmədov, Aşağı Tala kənd sakini, 2004-cü il təvəllüdlü Şamil Əfqan oğlu Aslanov və 1987-ci il təvəllüdlü Elşən Qurban oğlu Şirinov it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət ediblər.

Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıblar.