» » Azərbaycanı yuyub aparan sel - VİDEO - FOTO

Azərbaycanı yuyub aparan sel - VİDEO - FOTO

Azərbaycanı yuyub aparan sel - VİDEO - FOTO

İyunun 12-də ölkənin bir sıra rayonlarında yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, xəsarət alanlar var.

Ucarliyiq.biz milli.az istinadən xəbər verir ki, təbii fəlakət zamanı xüsusilə İsmayıllı, Göyçay və Şamaxı rayonları ərazisində ciddi fəsadlar törədib. Hadisə nəticəsində yaşayış evlərinə, fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə, yol infrastrukturuna xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub.

Qeyd edək ki, təbii fəalkət zamanı İsmayıllı rayonunun Çayqovuşan kənd sakini, 12 yaşlı Sadıqova Səbinə Samir qızını sel aparıb, amma sonradan onu xilas etmək mümkün olub. Quşencə kənd sakini, 78 yaşlı Mustafayeva Maya Muradxan qızı isə yaşadığı evin uçması nəticəsində dağıntılar altında qalıb. Hazırda hər iki şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar.