» » Hava limanını partlatdılar

Hava limanını partlatdılar

Hava limanını partlatdılar

Çinin Pudonq Beynəlxalq hava limanında 5 saniyə aralığıyla ardıcıl bir neçə partlayış baş verib.

Ucarliyiq.biz atv.az-a istinadən bildirir ki, hadisədən öncə hava limanında sıxlıq yaranıb və elə bu vaxt sərnişinlərdən bir neçəsi qaçmağa başlayıblar. Partlayışlar da elə bu zaman baş verib. Hadisə zamanı 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti normaldır. Çin polisi partlayan hər iki çantanın sahibini artıq tapa bilib. Həmin şəxsin dindirilməsi davam edir. Yalnız bundan sonra polislər hadisənin terror aktı olub-olmadığını açıqlayacaq.