» » Yəməndə Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb

Yəməndə Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb

Yəməndə Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb

Ekipaj üzvlərinin taleyi barədə məlumat yoxdur.

İyunun 13-də Yəmənin cənubunda Ədən əyalətində Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb.

Ucarliyiq.biz DPA agentliyinə istinadən xəbər verir ki, ekipaj üzvlərinin taleyi barədə məlumat yoxdur.

Nəşrin məlumatına əsasən, qəza yerinə təhlükəsizlik xidmətlərinin əməkdaşları cəlb olunub.

Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh verilməyib.