» » Çayda cəsəd tapılıb

Çayda cəsəd tapılıb

Çayda cəsəd tapılıb

Salyan rayonunda 15 yaşlı yeniyetmə suda batıb.

Rayonun Polis İdarəsindən verilən məlumata görə, Xilasetmə qüvvələri axşam saatlarında nəticəyə nail ola bilib.

Şəhər sakini 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov ötən gün günorta saatlarında Akkuşa çayının qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən qəfildən su onu aparıb. Sudan çıxa bilməyən Alxas Mirməmmədov həyatını itirib.

Dərhal əraziyə Fövəqadə Hallar Nazirliyinin dövlət sularda xilasetmə briqadasının əməkdaşları cəlb edilib. Alxas Mirməmmədovun meyiti dünən axşam saatlarında batdığı yerdən 10 metr aralıda Fövqəladə Hallar Nazirliyinin "Salyan" sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.(faktor.az)