» » Jane's: Dünya sürətlə yenidən silahlanır

Jane's: Dünya sürətlə yenidən silahlanır

Jane's: Dünya sürətlə yenidən silahlanır

2016-cı ildə silah bazarının həcmi 69 milyarda qədər artacaq.

2015-ci ildə 65 milyard dollarlıq silah sazişi bağlanıb. “IHS-Jane's” (Jane’s Information Group) analitiklərinin hesablamalarına görə, bu, rekord həcmdir. 

Ucarliyiq.biz Rosbalta istinadən xəbər verir ki, onların proqnozlarına görə, yaxın zamanda bu tendensiya davam edəcək. 2016-cı ildə silah bazarının həcmi 69 milyarda qədər artacaq.

“2015-ci il silah bazarında rekord il idi”, - “Jane's”in baş analitiki Ben Murs bildirib. 

Bu bazarda 2014-2015-ci illərdə inkişaf temlərində bütün maksimum rekordlar vurulub: bazar 6,6 milyard dollar artıb. 

Britaniya analitiklərinin məlumatına görə, tələbatın artımından hamıdan öncə Fransa silah ixracatçıları istifadə ediblər. 2014-cü ildən 2015-ci ilə qədər onlar sifariş portfellərini 36-dan 55 milyard dollara qədər artırıblar.  

“Bu artım Fransanın artıq 2018-ci ildə iri silah ixracatçılarının siyahısında ikinci və üçüncü yeri tutan Rusiya və Almaniyanı geridə qoyacağını göstərir”, - məruzədə qeyd edilir. 

Almaniya və Böyük Britaniya 2015-ci il reytinqində yerlərini dəyişiblər. Almaniya silah ixracatçıları beşinci yerdən üçüncü yerə yüksəliblər. Ekspertlərin keçən ilki hərbi ixracını 3,9 milyard həcmində dəyərləndirdikləri Britaniya Fransadan geri qalaraq beşinci yerə enib. 

2015-ci ildə dünyanın iri silah ixracatçıları siyahısına 9,3 milyard dollar ilə Səudiyyə Ərəbistanı başçılıq edir. İkinci yerdə 4,3 milyard dollar ilə Hindistandır. Siyahıda daha sonra Avstraliya (2,3 milyard), Misir (2,2) və Cənubi Koreya (2,18) gəlir.   

Ekspertlər qeyd edirlər ki, 2015-ci ildə hərbi texnologiyaları dünya bazarının artımı Asiya-Sakit okean ölkələrində silaha olan tələbatın kəskin artımı ilə izah edilir. 2009-cu ildən 2016-cı ilə qədər region ölkələrinin hərbi idxalı 71% artıb.