» » Türkiyədə terror aktı nəticəsində altı polis yaralanıb

Türkiyədə terror aktı nəticəsində altı polis yaralanıb

Türkiyədə terror aktı nəticəsində altı polis yaralanıb

Terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə altı polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.