» » Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR

Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR

Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR

Ötən gün Nyu-York şəhərinin Bruklin rayonu ərazisində yerləşən parklardan birində naməlum şəxslər atəş açıblar. Nəticədə 5 yeniyetmə yaralanıb.

Ucarliyiq.biz-ın ans press-ə istinadən verdiyi məlumata görə, hadisə yeniyetmələr meydançada basketbol oynayarkən baş verib. Park ərazisində bahalı çantanın itdiyini deyən naməlum şəxslər onlara yaxınlaşıblar. İtkidən xəbərsiz olduqlarını deyən gənclərə odlu silahdan atəş açıblar. Bundan sonra silahlı şəxslər hadisə yerindən qaçıblar. Baş verənləri kənardan izləyən bir nəfər cəld yaralılara yaxınlaşıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı hələlik heç kim həbs olunmayıb. Fakt ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR
Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR
Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR
Bahalı çantaya görə 5 nəfər güllələndi-FOTOLAR