» » Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)
Xərçəngə meydan oxuyan 10 məşhur xanım - fotolar

Onlar xərçənglə mübarizə aparır. Bəzilərinin dərmanı əhval-ruhiyyə, bəzilərinin isə sonsuz sevgidir.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xərçənglə mübarizə aparan 10 məşhur xanımı təqdim edir:

Müğənni Nilufərdə döş xərçəngi kiçik bir ləkə ilə başlayıb. Müğənni əvvəllər xərçəngdən yaxa qurtarmağın mümükünsüz olduğunu düşünüb. Amma xərçəng xəstələri üçün əhəmiyyətli olan səbr və yüksək əhval-ruhiyyə, onu ayaqda saxlamağı bacarıb.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


İlk əvvəl limfa xərçəngi, sonra qalxanabənzər xərçəngi ilə mübarizə aparan aktrisa Arzum Onan həyat yoldaşı Mehmet Aslantuğun dəstəyi ilə əhval-ruhiyyəsini həmişə yüksək tutur və xərçəngin öhdəsindən gəlməyə çalışır. Aktrisa "Sevgi hər şeyin dərmanıdır" deyir.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


Aktrisa Filiz Akına 2002-ci ildə azofarenks xərçəngi diaqnozu qoyulub. Xəstəliyin öhdəsindən gələn Akın həyat yoldaşının ən böyük dəstəkçisi olduğunu deyib. O, əhvalının yaxşı olmasını, siqaretdən uzaq durmağın sağalmaq üçün mühüm amil hesab edir.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


2013-ci ildə döş xərçəngi diaqnozu qoyulan məşhur stilist Meral Gökçaylı həyat yoldaşı və yaxınlarının dəstəyi ilə xəstəlikdən xilas olmağı bacarıb. Anasının da döş xərçəngi olduğu məlum olan Göyçaylı, kimyaterapiya və əməliyyatdan sonra sağlamlığına qovuşub. Stilist həyat yoldaşının ən böyük dəstəkçisi olduğunu deyib:

"Dərd və xəstəlik bəzən əzizlərinlə səni daha da yaxınlaşdırır. Sanki imtahan verirsiniz. Bizdə də elə oldu. Döşlərim əməliyyatla götürülərkən belə, ərimin sayəsində özümü dünyanın kraliçası hiss etdim. Mənə dünyanın ən gözəl qadını olduğum hiss etdirdi".

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


Xərçəng olduğu müddətdə saçlarının tökülməsinə məhəl qoymayan aktrisa Oya Başar bu sözləri söyləyib:

"Saçımın tökülməsi heç önəmli deyil. Uşaqlarımın, mənim, əzizlərimin sağlamlığı yerində olsun. Heç bir zaman gözəlliyini hər şeydən üstün tutuan qadın olmamışam. Teatr tamaşalarında ən eybəcər xarakterləri dəfələrlə oynamışam".

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


2000-ci ildə xərçəngə yaxalanan keçmiş Türkiyə gözəli və xəbər diktoru Defne Samyeli Amerikada aldığı müalicə ilə xəstəliyin öhdəsindən gəlməyi bacarıb. O, xəstə olduğu dövrdə bu sözləri deyərək, insanlara tövsiyələr verib:

"Adı xərçəng olsa da, nəticədə insanın yoluxa bilcəyi xəstəlikdir. Tanıdığım, tanımadığım, sevdiyim bir çox insan bu xəstəliyə qarşı mübarizə aparıb. Mən niyə aparmayım? Bütün qadınlara ginekoloji müalicələrini ləngitmədən etdirmələrini tövsiyə edirəm. Əlamətlər özünü göstərəndə çox gec olur”.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


Müğənni Yıldız Tilbe bir müddət əvvəl özünü pis hiss edib, həkimə gedib və ona xərçəng dioqnozu qoyulub. Uşaqlığı götürülən və sağlamlığına qovuşan Tilbe hər şeyin mənbəyinin stress olduğunu bildirib. O, hər kəsi həyatdan zövq almağa səsləyib.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)



Aktrisa Serra Yılmaz da döş xərçənginə yoluxub. Vaxtilə onun anası da eyni xəstəliyi daşıyıb. "Anamla mən xərçəngə məğlub olmayacayıq" deyən aktrisa, kimyaterapiya aldığı zaman ürəkbulanmasını dondurma yeyərək keçirdiyini bildirib. Onun ən böyük dəstəkçisi qızıdır.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


İllər öncə döş xərçənginə yaxalanan aktrisa Deniz Uğur uzun müddətli müalicə prosesi və apardığı mübarizə nəticəsində xəstəliyi məğlub edib. Uğur qidalanmasına diqqət etdiyini, duzlu və ağır yeməklərdən uzaq dayandığını və bunun xəstəliyinə yaxşı təsir etdiyini deyib. Aktrisanın fikrincə, ən böyük dəstəkçisi sənətini və özünü sevənləridir.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)


Akrisa Vahide Gördüm müayinə zamanı döş xərçənginə yoluxduğunu öyrənib. Ağır kimyaterapiyadan sonra aktrisa xərçəngin öhdəsindən gəlməyi bacarıb.

Xərçəngə meydan oxuyan 10 məşhur xanım - (FOTO)