» » Qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu

Qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu

Qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu

Xanımlara hücum edib soyan Rəşad Məlikovun qoluna qandal vurulub.

Ucarliyiq.biz anspress-ə istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Binəqədi rayon sakinini istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, Rəşad Məlikov Nəsimi rayonunda 6 xanıma qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Qeyd edilən faktla bağlı Nəsimi (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb. Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Saxlanılan şəxsin əməllərinin indiyə kimi sübut olunanlardan daha çox olacağını nəzərə alan hüquq-mühafizə orqanları sakinlərə səslənib. Rəşad Məlikovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.