» » Üzr istəməyə getmişdi... ÇƏKİCLƏ BAŞLARINI ƏZDİ

Üzr istəməyə getmişdi... ÇƏKİCLƏ BAŞLARINI ƏZDİ

Üzr istəməyə getmişdi... ÇƏKİCLƏ BAŞLARINI ƏZDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən R.Allahverdiyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: "Onların evlərinə tez-tez gedib-gəlirdim. Hadisədən əvvəl görəcəyim işin müqabilində pul alsam da, işlərini gedib görməmişdim. Hadisə baş verən gün getdim ki, onlardan üzr istəyim, nə iş varsa görüb, pul alam. Lakin mübahisəmiz düşdü. Özümlə apardığım çəkiclə əvvəlcə qadını sonra, isə oğlanı başından vurub öldürdüm. Daha sonra dəhlizdəki şkafın üzərindən pul qabını götürüb getdim. Hadisədən 11 gün sonra məni həbs etdilər".
Məhkəmə prosesi iyunun 17-də davam edəcək.
Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş.
Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi. (Virtualaz.org)