» » Sərxoş sürücü iki nəfəri sürüyüb öldürdü- DƏHŞƏTLİ- YENİLƏNİB

Sərxoş sürücü iki nəfəri sürüyüb öldürdü- DƏHŞƏTLİ- YENİLƏNİB

Sərxoş sürücü iki nəfəri sürüyüb öldürdü- DƏHŞƏTLİ- YENİLƏNİB

Ötən gecə Ağstafada baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, şəhərin M.Ə.Rəsulzadə küçəsində "Mercedes" markalı 10 ZS 025 dövlət qeydiyyat nişanlı avtomobil əslində yolu keçmək istəyən piyadaları deyil, yolun kənarında dayanıb söhbət edən insanları vurub.

Məlum olub ki, avtomobili idarə edən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olub və şəhərin mərkəzində sürətlə sürdüyü maşının idarəetməsini itirərək səkiyə çıxıb. Nəticədə yolun kənarında dayanmış 37 yaşlı Elnur Dövlətov və 56 yaşlı Cəlal Abbasova çırpılan avtomobil onları xeyli sürüyərək kənara atıb. Hər iki şəxs hadisə yerindəcə vəfat edib.

Hadisəni törətmiş sərxoş sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.