» » Atışma: 16 yaşlı qız öldürüldü- DİQQƏT

Atışma: 16 yaşlı qız öldürüldü- DİQQƏT

Atışma: 16 yaşlı qız öldürüldü- DİQQƏT

ABŞ-ın Kaliforniya ştatında baş verən atışma zamanı 16 yaşlı qız dünyasını dəyişib. Ucarliyiq.biz-ın ANS PRESS-ə istinadən məlumatına görə, hadisə Oklend şəhərində qeydə alınıb.
Naməlum şəxs yas mərasiminə yığışan insanlara atəş açıb. Nəticədə 16 yaşlı qızdan başqa daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Atəş açan isə hadisə yerindən qaça bilib. Onun kimliyi və cinayətin səbəbi haqda məlumat verilmir.
ABŞ-da sonuncu dəfə dinc insanlara silahla hücum iyunun 12-də Florida ştatının Orlando şəhərində qeydə alınıb. "Pulse" adlı gey-kluba gələn 29 yaşlı Ömər Mətin klubda olan insanları girov götürüb və sonradan onları güllələyib. Hücum nəticəsində 50 nəfər öldürülüb, 53 nəfər yaralanıb. Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində Mətin öldürülüb.