» » Rusiyada İstanbulu Konstantinopola dəyişməyi təklif edirlər

Rusiyada İstanbulu Konstantinopola dəyişməyi təklif edirlər

Rusiyada İstanbulu Konstantinopola dəyişməyi təklif edirlər

“Bizim vətəndaşlar üçün İstanbul adı Bizans imperiyasının tarixi ilə bağlıdır”.

Sankt-Peterburq qanunvericilik məclisinin deputatı Vitali Milonov Rusiya hökümətinin başçısı Dmitri Medvedevə xəritələrdə, dərsliklərdə və nəqliyyat istiqamətlərində İstanbul şəhərinin tarixi adlarından birini qaytarmağı təklif edib, Ucarliyiq.biz xəbər verir.

“Bizim vətəndaşlar üçün İstanbul adı Bizans imperiyasının tarixi ilə bağlıdır. İnqilabdan əvvəlki dövrdə biz bu şəhəri Konstantinopol adlandırırdıq. Hazırda bir çox pravoslav ölkələr, məsələn Yunanıstan, bu ənənəni davam etdirir”, - Milonov deyib.

O qeyd edib ki, “Konstantinopol” adını cəmiyyətdə istifadəyə qaytarmaq lazımdır.