» » Türkiyədə atışma: Ölən və yaralanlar var

Türkiyədə atışma: Ölən və yaralanlar var

Türkiyədə atışma: Ölən və yaralanlar var

Hadisə Arnavudköy rayonunda baş verib.

Türkiyənin İstanbul şəhərində polis əməkdaşları ilə şübhəli şəxslər arasında silahlı atışma olub.

Ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Arnavudköy rayonunda baş verib.

Məlumata görə, narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlamaq istəyən polis əməkdaşları atəşə məruz qalıb.

Atışma zamanı silahlı şəxslərdən biri öldürülüb. İki polis əməkdaşının yaralandığı bildirilir. 

“Milliyet” nəşrinin məlumatına görə, yaralı polislərdən biri xəstəxanaya yolda dünyasının dəyişib.

Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım maşını göndərilib. Eyni zamanda xüsusi təyinatlı polis dəstələri və polis helikopteri də əraziyə cəlb edilib.