» » "Oğlum 2 minə görə öldü" - Semra qayınana

"Oğlum 2 minə görə öldü" - Semra qayınana

"Oğlum 2 minə görə öldü" - Semra qayınana

2000-ci ildə böyük səs-küy yaradan "Gelinim olur musun" yarışmasında tanınan Semra qayınana açıqlamaları ilə hər kəsi ağladıb.

Ucarliyiq.biz axşam.az-a istinadən xəbərinə görə, Semra verilişə qatılan oğlu Atanın dünyasını dəyişməsindən 11 il ötdüyünü deyib:

"Bacısı Atanın o yarışmaya getməsini istəmirdi. Onu evləndirməyi düşünmürdük. Ora 3 ay ərzində dincəlmək üçün getmişdim. Əgər yarışmada yaxşı gəlin tapsaydım, oğlumu evəndirir, qızı oxudub, diplom alardım. Orada çox izləndiyimi bilirdim.

Ata çox saf idi. O yarışmadan heç pul qazanmadım. Verilişə çıxanda 1000 lirə (təxminən 490 manat) alırdım. Veriliş təklifi gəldi, ora özüm yox, Atanı göndərdim. Dedim ki, 2 min lirəyə (təxminən 1000 manat) ehtiyacımız var, get. Oğlum bu 2 min lirəyə görə öldü".

Semra qayınana verilişdəki gəlin namizədi Semradan da danışıb:

"Münasibətlərimiz yaxşıydı. O vaxt aramızda baş verənlər yarışmanın tələbiydi".

Qeyd edək ki, Ata qaldığı otel otağında ölü tapılmışdı. Araşdırmalar nəticəsində Atanın qanında narkotik maddə aşkarlanmışdı.