» » Sərxoş sürücü 2 nəfəri öldürdü - DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI

Sərxoş sürücü 2 nəfəri öldürdü - DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI

Sərxoş sürücü 2 nəfəri öldürdü - DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI

Bu gecə Ağstafada baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, şəhərin M.Ə.Rəsulzadə küçəsində "Mercedes" markalı 10 ZS 025 dövlət qeydiyyat nişanlı avtomobil əslində yolu keçəm istəyən piyadaları deyil, yolun kənarında dayanıb söhbət edən insanları vurub.

Məlum olub ki, avtomobili idarə edən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olub və şəhərin mərkəzində sürətlə sürdüyü maşının idarəetməsini itirərək səkiyə çıxıb. Nəticədə yolun kənarında dayanmış 37 yaşlı Elnur Dövlətov və 56 yaşlı Cəlal Abbasova çırpılan avtomobil onları xeyli sürüyərək kənara atıb. Hər iki şəxs hadisə yerindəcə vəfat edib.

Hadisəni törətmiş sərxoş sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.