» » Venesuelada kütləvi iğtişaşlar: Yüzlərlə həbs edilən var

Venesuelada kütləvi iğtişaşlar: Yüzlərlə həbs edilən var

Venesuelada kütləvi iğtişaşlar: Yüzlərlə həbs edilən var

“Ərzaqla ticarət məntəqələrindən çıxan insanlar saxlanılıb”.

Venesuelanın Kumana şəhərində kütləvi qarətlərdən sonra 400 nəfər saxlanılıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə ştatın qubernatoru Sukre Luis Akunya bildirib.

“Ərzaqla və digər əşyalarla ticarət məntəqələrindən çıxan insanlar saxlanılıb, indi onları xüsusi prokurorluq yoxlayır”, - Akunyanın sözlərini “Globovision” kanalı sitat gətirib.

Qubernator saxlanılan şəxslərin əksəriyyətinin yetkinlik yaşına çatmayan insanların olduğunu vurğulayıb. 

Bu ərəfədə müxalifət deputatları Kumanedə iğtişaşlar və qarətlər nəticəsində iki nəfərin ölüdüyünü bildiriblər, amma Akunyabu məlumatı təkzib edib.

“Dünən nə toqquşma, nə öldürülən, nə yaralanan olub, yalnız cinayətkar bandalar tərəfindən vandalizm olub”, - ştatın rəhbəri bildirib.