» » Bakıda iş yoldaşını bir sillə ilə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Bakıda iş yoldaşını bir sillə ilə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Bakıda iş yoldaşını bir sillə ilə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Mart ayında Bakı şəhərinin Xəzər rayonunda ehtiyatsızlıqdan iş yoldaşının ölümünə səbəb olan şəxsin məhkəməsi başlayıb. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, Buzovna qəsəbəsində 27 yaşlı Əliyev Elvin Aşur oğlunun tanışı, 46 yaşlı İsmayılov Aslan Əvəz oğlunu vurub öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib və icraata verilib.

Qeyd edək ki, E.Əliyevlə A.İsmayılov müxtəlif yerlərdə fəhlə kimi günəmuzd işləyirmiş. Martın 15-də E.Əliyev özündən 19 yaş böyük olan Aslana sillə ilə zərbə endirib. Zərbədən sonra yıxılan A.İsmayılov çırpınmağa başlayıb və dili dolanıb. E.Əliyev kömək etməyə çalışsa da, artıq gec olub.
Bildirilir ki, dünyasını dəyişən A.İsmayılov ailəli, 3 uşaq atası olub. Hadisəni törədən E.Əliyev isə subaydır.

Günahı sübuta yetirilərsə E.Əliyevə 3 ilədək həbs cəzası verilə bilər.