» » Bir gündə iki qəza: 57 yaralı var

Bir gündə iki qəza: 57 yaralı var

Bir gündə iki qəza: 57 yaralı var

Nepalda ardıcıl baş verən 2 yol qəzasında 57 nəfər yaralanıb.

Ucarliyiq.biz anspress-ə stinadən bildirir ki, ilk qəza Navalparasi ətrafında baş verib və avtobus yük maşını ilə toqquşub. Nəticədə 38 nəfər yaralanıb, ki, onlardan 5-nin vəziyyət ağır qiymətləndirilir. Yük maşının sürcüsü həbs edilib.

Bir qədər sonra növbəti nəqliyyat qəzası Danq ətrafında avtobusla minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində 19 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyət ağır hesab olunur.

Aprelin 12-də Nepalın şərqində avtobus 200 metr hündürlükdən uçuruma yuvarlanıb. Hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə "Associated Press" məlumat yayıb.

Kxotanq şəhərindən Katmanduya gedən avtobus Maxadevstxan yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb. Bəzi məlumatlara əsasən, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub.

Nepalda buna bənzər yol-nəqliyyat hadisələri nadir hal deyil. Ölkənin avtomobil yollarının əksəriyyəti Himalay dağ silsiləsindən keçir. Yol örtüyünün və avtomobillərin vəziyyəti çoxsaylı qəzalara səbəb olur. Belə ki, ötən il sərnişin avtobusunun dağ yolunda yarğana yuvarlanması nəticəsində 8 nəfər həlak olmuşdu. 2014-cü ildə baş vermiş analoji avtobus qəzası isə 17 nəfərin ölümü ilə nəticələnmişdi.