» » Qızının evində qulluqçuluq edən qadın görün nə etdi - VİDEO

Qızının evində qulluqçuluq edən qadın görün nə etdi - VİDEO

Qızının evində qulluqçuluq edən qadın görün nə etdi - VİDEO

Ögey qızının evində qulluqçu kimi işləyən qadın oğurluq edib.

Xırdalan şəhəri 28-ci məhəllədə yaşayan Cəmilə Bayramova Abşeron polisinə məlumat verib ki, naməlum şəraitdə evindən 5 min manatlıq qızılı oğurlanıb. Polis çox keçməyib ki, şübhəli kimi zərərçəkmişin ögey anası və evdə xidmətçi işləyən Aidə Əliəskərovanı saxlayıb. Dindirmə zamanı qadın qızılları oğurlamazdan bir gün əvvəl paltarların arasında gördüyünü deyib.

Qadın şübhə doğurmasın deyə hissə-hissə oğurladığı qızılları eyni qayda ilə də yaşadığı Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satıb.

Polis, qadının satdığı qızılları mağazalardan aşkar edərək götürüb.

Faktla bağlı onun barəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

"Xəzər Xəbər" mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: