» » ANS-də QALMAQAL - Mayis Məmmədov: "Ləman Ələşrəfqızını tanımıram"

ANS-də QALMAQAL - Mayis Məmmədov: "Ləman Ələşrəfqızını tanımıram"

ANS-də QALMAQAL - Mayis Məmmədov: "Ləman Ələşrəfqızını tanımıram"

ANS TV-nin "İç xəbər", "Xəbərçi" proqramlarının aparıcısı Kəmalə Əlisgəndərqızının ardınca 20 ildən artıqdır jurnalistikada olan, son vaxtlar bu telekanalın əsas simalarından birinə çevrilən Ləman Ələşrəfqızı da işdən ayrıldığını bəyan edib.
K.Əlisgəndərqızı baş verən struktur dəyişikliklərilə razılaşmadığından öz ərizəsilə işindən ayrıldığını qeyd edərkən, L.Ələşrəfqızı artıq haqsızlığa tab gətirə bilmədiyini vurğulayıb:
"Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır".

Məsələ ilə bağlı ANS şirkətlər Qrupu prezidentinin media müşaviri Mayis Məmmədov Modern.az saytına açıqlamasında illərdir telekanalda çalışan, narazılıqdan dolayı işdən ayrıldıqlarını deyən xanım jurnalistləri tanımadığını (?) deyib:
"Mən onları tanımıram. Qoy nə istəyirlər desinlər, nə istəyirlər yazsınlar. Ləman narazılıq bildiribsə, qoy özü də açıqlama versin. Mən onu tanımıram. Bəlkə sabah deyəcəklər ki, mən erməniyəm. Bu o deməkdir ki, o düz deyir?!".