» » Dağıstanda yaraqlı iki polisi güllələdi

Dağıstanda yaraqlı iki polisi güllələdi

Dağıstanda yaraqlı iki polisi güllələdi

Quldur məhv edilib, onun kimliyi müəyyənləşdirilir.

Quldur dəstəsinin üzvü Dağıstanın Tabasaran rayonu ərazisinin meşə massivində polis əməkdaşlarına atəş açıb, nəticədə iki polis hadisə yerində həlak olub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a regionun güc strukturlarındakı mənbə bildirib.

“Yaraqlı polislərə atəş açıb, atışma nəticəsində iki polis ölüb, daha dörd polis isə yaralanıb”, - agentliyin həmsöhbəti bildirib. 

Onun sözlərinə görə, ilkin məlumata görə, yaraqlı məhv edilib, onun kimliyi müəyyənləşdirilir. Atışma yerinə hüquq-mühafizə orqanlarının əlavə qüvvələri cəlb edilib.