Bakıda ən çox yol qəzalar baş verən ərazi açıqlandı.

Bakıda ən çox yol qəzalar baş verən ərazi açıqlandı.


Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.Bölmə rəisinin sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə, 52 xəsarət faktı azalsa da, ölənlərin sayı 3 nəfər artıb.Hadisələr ən çox paytaxtın Xətai rayonunda (107 hadisə, 39 ölüm, 91 xəsarət) qeydə alınıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə burada 12 hadisə, 12 ölüm, 28 xəsarət faktı azalıb.Ən az yol qəzaları isə Nəsimi rayonunda (19 hadisə, 8 ölüm, 16 xəsarət) qeydə alınıb. Burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə, 1 ölüm, 4 xəsarət faktı azalıb.Yenə də hadisələr ən çox sürət həddinin aşılması nəticəsində baş verib.
Qeyd edək ki, 2013-cü ilin ilk 9 ayında ümumən respublika ərazisində 2157 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər ölüb, 2303 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yol-nəqliyyat hadisəsi, 4,1% ölüm, 1% yaralıların sayı artıb.

Share

Oxşar xəbərlər

5 Rəylərin sayı:.

  1. 13 oktyabr 2013 14:10
    mence qezaliq deyil yeqin pul xerclemek isdeyirler .qeza baxmir harda olacaginida hec kim bilmez

    --------------------

  2. 13 oktyabr 2013 10:57
    QEZA GELENDE DEMIR KI GELIREM BU ERAZIYE OZUNUZU SAXLAYIN,,QEZA OLANDA ELE AGLA GELMEZ YERLERDE BAS VERIRKI ADAMIN INANMAGI BELE GELMIR

    --------------------

  3. 12 oktyabr 2013 22:52
    DUSUNUREM KI BAKIDA YOL SISTEMI COX BERBAD VE TEHLUKELIDIR

  4. 12 oktyabr 2013 21:44
    he duzdu bu yerlerde en cox heqiqeten qeza olur.xeberlerde en cox bu yerlerin adini esidirem

  5. 12 oktyabr 2013 21:27
    Bayaq  oxumusdum bu haqda  Xetaide raboci  deyilen yer var  nec e tanis  qohum orda rehmete getdi  yaralandi en cox orda bas verir

    --------------------

Rəy əlavə et

*
  • sual: Azərbaycanda hansı dəniz var?
  • Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

    Şəxsi mesajlar

    Sizin yazışmalar