» » Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

107 nəfər həlak oldu.

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Əl-Haram məscidində zəvvarların üzərinə aşan inşaat kranının sahibi “Əl-Qaidə”nin öldürülmüş sabiq lideri Üsamə ben Ladenin ailəsidir.

Bu barədə məlumatı İngiltərənin Daily Mail nəşri əldə edib.

ucarliyiq.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, nəşrin yazdığına görə, zəvvarların üzərinə aşan kran Saudi Bin Laden Group tikinti firmasını idarə edən alman şirkətinə məxsusdur. 

Ölkənin tikinti bazarında inhisarçı olan bu firmanın əsası 1931-ci ildə “Əl-Qaidə”nin öldürülmüş liderinin atası Məhəmməd ben Laden tərəfindən qoyulub.

Onu da qeyd etmək lazımdır ki, Ben Laden Səudiyyə Ərəbistanında tanınan soyadlardandır. 

Bu soyadı daşıyanlar arasında milyarderlər və kralın yaxın dostları var. Bir nömrəli terrorçunun 600-ə yaxın qohumunun olduğu bildirilir.

Xatırladaq ki, kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər yaralanıb.