» » Bakıda 16 yaşlı qız qaçırıldı

Bakıda 16 yaşlı qız qaçırıldı

Bakıda 16 yaşlı qız qaçırıldı

Bakının Sabunçu rayonunda 16 yaşlı qız qaçırılıb.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 2000-ci il təvəllüdlü A. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. 16 yaşlı qızın atası Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib.

O, bildirib ki, tanımadığı şəxs 16 yaşlı qızını evlənmək məqsədilə qaçırıb. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O qeyd edib ki, qızı yetkinlik yaşına çatmayıb və məktəblidir. Qızın atası şikayətini belə əsaslandırıb ki, qızını həmin şəxs zorla qaçırıb.

Hazırda polis əməkdaşları tərəfindən tədbirlər görülür.