» » Kuçma: Donbası Qarabağın taleyi gözləyir

Kuçma: Donbası Qarabağın taleyi gözləyir

Kuçma: Donbası Qarabağın taleyi gözləyir

"Və elə görünür ki, dünya bu problemlərin belə vəziyyətdə qalması ilə razılaşıb".

Donbasdakı vəziyyət ona aparılır ki, Rusiyanın maraqları üçün prioritet olan "dondurulmuş münaqişə" yaradılsın.

ucarliyiq.biz Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu sentyabrın 12-də illik YES konfransının 12-ci iclasında Ukraynanın keçmiş prezidenti, Donbasdakı münaqişə üzrə üçtərəfli əlaqə qrupunda Ukraynanı təmsil edən Leonid Kuçma bildirib.

O, Donbasdakı münaqişənin dondurulmuş münaqişəyə çevrilməsindən ehtiyat edib-etməməsi, Ukraynanın belə varianta münasibəti barədə sualı cavablandıran Kuçma qeyd edib:

"Bütün vəziyyət dondurulmuş münaqişənin yaradılmasına aparır".

Bununla yanaşı Kuçma Qarabağ, Dnestryanı, Qafqaz, Abxaziya, Cənubi Osetiyanı xatırladıb.

"Müxtəlif səviyyələrdə bu qədər müxtəlif komissiya yaradılsa da, heç olmasa bir problem həllini tapıb? Yox. Bəs heç olmasa tunelin sonunda işıq görürük ki, münaqişə həll olunacaq? Yox. Və elə görünür ki, dünya Gürcüstanda da, Moldovada da, Azərbaycanda da bu problemlərin belə vəziyyətdə qalması ilə razılaşıb.

Və getdikcə Ukrayna hadisələri dünya ictimaiyyətində daha az səslənməyə başlayır. Avropada Ukraynada baş verənlər barədə KİV-də demək olar ki, heç bir məlumat yoxdur", - deyə, Kuçma qeyd edib.