» » Zambiyada 15 nəfər lobya və yer fıstığı olan yük maşınında boğulub

Zambiyada 15 nəfər lobya və yer fıstığı olan yük maşınında boğulub

Zambiyada 15 nəfər lobya və yer fıstığı olan yük maşınında boğulub

Hadisəyə insan alveri edən şəxslərin aidiyyəti var.

Qapalı yük maşınında havasızlıqdan 15 nəfər adam ölüb. 

Ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Lusakatimes.com internet portalı məlumat yayıb. 

Hadisə Zambiyanın şimalında Luapula əyalətində baş verib. 

Nəşrin məlumatına görə, yük maşınında olanların əksəriyyəti Somali vətəndaşları olub. Nəqliyyat vasitəsi, çox güman ki, Tanzaniyadan gəlirdi və son mənzili məlum deyildi. Görünüşə baxılırsa, hadisəyə insan alveri edən şəxslərin aidiyyəti var.

Sağ qalanlardan birinin sözlərinə görə, onları bir yük maşınından digərinə keçiriblər, ikinci maşında havalandırma sistemi olmayıb. Qapalı yük yerində ümumilikdə 50 nəfər olub. Onları lobya və yer fıstıdığı kisələrinin arxasında gizlədiblər. 

Yerli sakinlər maşının yük yerinin içəridən döyəcləndiyini eşitdikdə sürücünü saxlayaraq yük yerini açmağı tələb etdiklərini bildiriblər. Hadisə yerindən qaçan sürücü qonşu Konqoda saxlanılıb. 

Müxtəlif hüquq-mühafizə təşkilatlarının qiymətləndirməsinə görə, hər il dünyada 700 mindən 4 milyona qədər adam alınıb-satılır. 12 milyondan çoxu faktiki olaraq qul vəziyyətindədir.