» » Azərbaycanda "Polad Alemdarın dəstəsi" tutuldu - VİDEO

Azərbaycanda "Polad Alemdarın dəstəsi" tutuldu - VİDEO

Azərbaycanda "Polad Alemdarın dəstəsi" tutuldu - VİDEO

Sürücünün əl-qolunu bağlıyıb onu döyərək 4800 manat pulunu alıb qaçan quldur dəstə üzvləri saxlanılıb. Hadisə bir neçə gün əvvəl Sumqayıt Şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobilə çınqıl alacağı adı ilə oturub. Yaşma bağlar sahəsinə getməsi və orada digər maskalı 3 şəxsin onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4800 manat pulunu alıb hadisə yerini tərk etməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov saxlanılıblar.

Araşdırma zamanı onların hadisə vaxtı Həbib Xalıqova məxsus avtomobildən istifadə etdikləri məlum olub. Avtomobilin yük yerinə baxış zamanı dəstə üzvlərinin cinayəti törədən zaman istifadə etdikləri maskalar, bıçaqlar, zərərçəkəni qorxutmaq üçün istifadə olunan bir ədəd alışqan tapança, həmçinin başqa nəqliyyat vasitələrinə məxsus dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.

Dəstə üzvlərinin digər cinayətlərdədə iştirak edib-etmədikləri araşdırılır.

(baku.ws)